Ən son xəbərlər:

08.04.2024/15:25// Almaniya HƏMAS-ı silahlarını yerə qoymağa çağırış edib

Almaniya HƏMAS-ı silahlarını yerə qoymağa çağırış edib

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok HƏMAS yaraqlılarını İsraildə girov götürülənləri dərhal azad etməyə və silahlarını yerə qoymağa çağırıb.

Bu barədə Berbok HƏMAS-ın İsrailə hücumundan 6 ay sonra özünün Twitter (X) səhifəsində yazıb. Berbok bildirib ki, HƏMAS terroru ilə israillilərə və fələstinlilərə müharibə və sonsuz əzablar gətirib.

Böyük Britaniyanın xarici işlər naziri David Cameron bazar günü İsrailin 7 nəfərin ölümü ilə nəticələnən yardım karvanına hücumundan sonra İsraili beynəlxalq humanitar qanunlara hörmət etməyə çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl İsrailə xəbərdarlıq etmişdi ki, Qəzzadakı mülki şəxslərə humanitar yardım sabit və fasiləsiz şəkildə çatdırılmalıdır.