Ən son xəbərlər:

08.04.2024/15:10//Fələstinin BMT-yə üzvlük ərizəsinə baxılması üçün məsləhətləşmələr keçiriləcək

Fələstinin BMT-yə üzvlük ərizəsinə baxılması üçün məsləhətləşmələr keçiriləcək

BMT Təhlükəsizlik Şurası bu gün qapalı iclas keçirəcək, iclasın mövzusu Fələstinin ölkənin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı müraciətə yenidən baxılması tələbi olacaq. Bu barədə jurnalistlərə aprel ayında Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Fələstin hazırda BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hakimiyyəti dünya təşkilatına daimi üzv olmaq üçün artıq müraciət etmişdi, lakin sonradan Fələstin bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verdi.

Fələstinin BMT-yə üzvlük ərizəsinə yenidən baxılması tələbini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək, – mesajda belə deyilir.