Ən son xəbərlər:

05.04.2024/19:06// 2012-2017-ci illərdə Fransanın prezidenti olan Olland Parisə Rusiya ilə əlaqələrin dayandırılmasını tövsiyə edib

2012-2017-ci illərdə Fransanın prezidenti  olan Olland Parisə Rusiya ilə əlaqələrin dayandırılmasını tövsiyə edib

Fransanın keçmiş prezidenti Fransua Olland hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatlarından sonra Paris Moskva ilə əlaqə saxlamamalıdır.

Rusiyanın bu müzakirələrdən necə istifadə etdiyini və hətta Fransanın Moskvada terror hücumlarını dəstəkləyə biləcəyini etiraf etdiyini gördünüz, deyə  Olland France Inter radiosunda bildirib.  Mənim tövsiyəm odur ki,  Rusiya ilə əlaqə olmasın. O, iki ölkənin müdafiə idarələrinin rəhbərləri arasında telefon danışığını şərh edib.

2012-2017-ci illərdə dövlət başçısı vəzifəsini icra edən Olland Qərbin Ukraynaya dəstəyini davam etdirməli olduğu fikrini bildirib.  Ukraynaya nə qədər çox kömək etsək, münaqişənin sona çatma şansı bir o qədər yüksək olar, – eks-prezident belə hesab edir.