Ən son xəbərlər:

05.04.2024/18:38// Əslində Avropa Amerika silahını almaqla onun hərbi sənayesini stimullaşdırır

Əslində Avropa  Amerika silahını almaqla onun hərbi sənayesini stimullaşdırır

Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişənin yarım əsrə uzanması və Avropanın məhvi ilə nəticələnəcək. Bu fikirləri “Qalx, Fransa” partiyasının lideri, parlamentin aşağı palatası olan Milli Assambleyanın üzvü Nikola Düpon-Aignan France info radiostansiyasının efirində deyib.

Ukraynanın NATO-ya qəbul edilməsi münaqişəni yarım əsrə uzatmaq və Avropa qitəsini məhv etmək deməkdir, – Düpon  belə vurğulayıb.  Bu, həm də ABŞ-dan iqtisadi asılılığa səbəb olacaq.

Dupon-Aignan, bildirib ki, biz Amerika silahlarını almaq üçün dövlət pulunu xərcləyirik. Əslində bu, Ukraynaya yardım deyil, Amerika hərbi sənayesinin stimullaşdırılmasıdır.