Ən son xəbərlər:

05.04.2024/16:58//Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlaya bilmir

Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlaya bilmir

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi martda 8% təşkil edərək tarixi minimuma düşüb. Bu barədə “Gallup International” sosioloji xidmətinin respublikadakı nümayəndəliyi məlumat yayıb.

Əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə 16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin martında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib, – Gallup International” belə qeyd edib.

Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlaya bilmir.