Ən son xəbərlər:

26.02.2024/17:29/Avstriya və İsveçrə də Avropanın hava hücumundan müdafiə təşəbbüsünə qoşulub

Avstriya və İsveçrə də Avropanın hava hücumundan müdafiə təşəbbüsünə qoşulub

İsveçrə, Almaniya və Avstriyanın müdafiə nazirləri Avropanın Səma Qalxanı təşəbbüsündə iştirakla bağlı anlaşma memorandumu imzalayıblar. Bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Məlumata görə, Avstriya və Almaniyanın müdafiə nazirlərinin görüşündə əsas mövzular Avropadakı təhlükəsizlik vəziyyəti, Ukraynadakı müharibənin nəticələri, üçtərəfli əməkdaşlıq və hərbi sülhməramlılıq olub. Üç müdafiə naziri Avropanın Səma Qalxanı Təşəbbüsündə (ESSI) iştirak etmək üçün anlaşma memorandumu imzalayıb.

Sky Shield, 2022-ci ilin avqustunda əsası qoyulmuş, Avropada hava hücumundan müdafiəni gücləndirmək və bu sahədə səyləri daha yaxşı cəmləşdirmək məqsədi daşıyan Almaniyanın Avropada yerüstü hava hücumundan müdafiə təşəbbüsüdür.

ESSI Avropada hava hücumundan müdafiə üzrə satınalma layihələrini daha yaxşı əlaqələndirmək və lazım olduqda inteqrasiya etmək məqsədi daşıyır.

Anlaşma memorandumunun imzalanması ilə İsveçrə və Avstriya artıq təşəbbüsdə iştirak edən 17 Avropa dövlətinə qoşulurlar.