Ən son xəbərlər:

26.02.2024/17:19/ Çin Gürcüstanla vizasız gediş-gəliş tətbiq etmək qərarına gəlib

Çin Gürcüstanla vizasız gediş-gəliş tətbiq etmək qərarına gəlib

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Bu barədə SOVA layihəsi məlumat verir.

“Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarına gəlib. Gürcüstan vətəndaşları Çində ardıcıl 30 gün vizasız qala biləcəklər”, – Kobaxidze belə bildirib.

O, vizasız rejimin başlama tarixini hələ dəqiqləşdirməyib, lakin qeyd edib ki, bu, vətəndaşlarımızın Çinə səyahətini asanlaşdıracaq və yeni imkanlar yaradacaq mühüm qərardır.

Çin vətəndaşları da Gürcüstanda 30 gün vizasız qala bilərlər. Bu qərarı İrakli Qaribaşvili hökuməti 2023-cü ilin sentyabrında verib.

Gürcüstan müxalifəti bu razılaşmanı tənqid etdi və xarici işlər naziri İliya Darçiaşvili Çinlə münasibətlərin dərinləşməsinin ölkənin Avropaya inteqrasiyasına mane olmadığını əsaslandırmalı olub.