Ən son xəbərlər:

26.02.2024/17:10/ Makron Avropanı Rusiyaya qarşı “kollektiv təkan” verməyə çağıracaq

Makron Avropanı Rusiyaya qarşı “kollektiv təkan” verməyə çağıracaq

Bazar ertəsi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Ukraynaya dəstək vermək üçün əsasən Avropadan olan iyirmiyə yaxın dövlət və hökumət başçısı Parisdə bir araya gələcək. Bu barədə “Le Figaro” nəşri yazır,

Yelisey sarayında təşkil olunan görüşdə prezident Vladimir Zelenskinin videokonfrans vasitəsilə çıxış edəcəyi gözlənilir.

İclasda Avropa liderlərinin böyük əksəriyyəti, xüsusilə Almaniya kansleri Olaf Şolz və Polşa prezidenti Anjey Duda, ABŞ və Kanadanın nümayəndələri və Britaniya diplomatiyasının rəhbəri Devid Kemeron, həmçinin 15-ə yaxın Aİ ölkəsinin baş nazirləri iştirak edəcək.

Qəzet qeyd edir ki, Parisdəki danışıqlar Kiyev üçün vacib olan Amerika dəstəyinin Konqresdə hələ də bloklandığı bir vaxtda baş tutacaq və Emmanuel Makron Avropanı Rusiyaya qarşı “kollektiv təkan” etməyə çağıracaq.