Ən son xəbərlər:

23.02.2024/18:32/Türkiyə altıncı nəsil döyüş təyyarəsi yaradacaq

Türkiyə altıncı nəsil döyüş təyyarəsi yaradacaq

Beşinci nəsil Kaan qırıcısından sonra Türkiyə altıncı nəsil döyüş təyyarəsi yaradacaq. Bu barədə Türk Aerokosmik Sənayesi (TUSAŞ) təyyarəsini hazırlayan şirkətin baş direktoru Teml Kotil TRT Haber telekanalında bildirib.

Biz Kaanı inkişaf etdirəcəyik və beşinci nəsildən sonra altıncı nəsil gələcək, – Kotil belə deyib.

Şirkətin baş direktorunun sözlərinə görə, Türkiyə qırıcı üçün mühərrikin hazırlanmasında Ukrayna şirkətləri ilə əməkdaşlıq edir. Sırf türk mühərriki də olacaq, biz onun üzərində işləyirik və ümid edirik ki, qırıcı təhvil verilən vaxta qədər, 2028-ci ildə onunla təchiz olunacaq.

TUSAŞ-ın baş direktoru onu da bildirib ki, hazırda 7 döyüş təyyarəsi yığılır. 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə 20 qırıcının təhvil verilməsi planlaşdırılır.

Kotil altıncı nəsil qırıcıları dronlara inteqrasiya etmək planlarından da danışıb. Biz bunun üzərində işləyəcəyik, – deyə o qeyd edib.