Ən son xəbərlər:

22.02.2024/19:10/Hindistan Çinlə sərhəddə yaranmış gərginlik şəraitində yardıma görə ABŞ-a minnətdarlıq edib

Hindistan Çinlə sərhəddə yaranmış gərginlik şəraitində yardıma görə ABŞ-a minnətdarlıq edib

Hindistan, Ladaxın şərqində Çinlə qarşıdurmada kəşfiyyat məlumatlarının verilməsində göstərdiyi çox operativ köməyə görə ABŞ-a minnətdardır. Bunu Cənubi Asiya respublikası müdafiə nazirinin birinci müavini Giridhar Aramane INDUS Hindistan-Amerika təşəbbüsünün ikinci sammiti çərçivəsində ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino ilə görüşdə deyib.

Onun sözlərinə görə, Hindistan təhlükəsizliyinə təhdid davam edərsə, ABŞ-ın ona yardımı davam etdirəcəyini gözləyir. Dostumuzun dəstəyinə ehtiyacımız varsa, ABŞ-ın bizim yanımızda olmasını gözləyirik. Ortaq təhlükə qarşısında bir-birimizi dəstəkləməkdə qəti qərarlılıq bizim üçün kritik olacaq, – deyə Aramane vurğulayıb.

Müdafiə nazirinin birinci müavini qeyd edib ki, Hindistan istənilən gözlənilməz vəziyyətə və qarşıdurmaya hazırdır.