Ən son xəbərlər:

08.01.2024/ 09:52/ Niyazi Bayramov Laçında avtomobil qəzasında həlak olan hərbiçinin yas mərasimində iştirak edib

Niyazi Bayramov Laçında avtomobil qəzasında həlak olan hərbiçinin yas mərasimində iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisi Pərviz Qədirov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri Laçında avtomobil qəzası nəticəsində həlak olan hərbiçi Həsən Ümid oğlu İsmayılovun yas mərasimində iştirak ediblər. Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, başsağlığı verib.

Xatırladaq ki, 04 yanvar 2024-cü il tarixində saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.