Ən son xəbərlər:

14.12.2023/18:19/ Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Gəncə Dövlət Filarmoniyasında Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

14 dekabr 2023-cü il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın əvəzolunmaz müğənnisi, SSRİ Xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın Xalq artisti, Gürcüstan SSR-ın Əməkdar incəsənət xadimi Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibəti ilə konsert proqramı təşkil olunacaq. Konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək. Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, konsert Gəncə Dövlət Filarmoniyasında 19:00 da baş tutacaq.