Ən son xəbərlər:

20.11.2023/16:30/ Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə adı hallanan insidentlə bağlı heç bir hal qeydə alınmayıb

Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə adı hallanan insidentlə bağlı heç bir hal qeydə alınmayıb

Son günlər sosial şəbəkələrdə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində direktor müavininin döyülməsi ilə bağlı iddialar yayılıb. Məsələ ilə əlaqədar Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə araşdırma verməsi barəsində sorğu göndərdik.

xeberaz.info xəbər verir ki,  İdarənin İctiaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Raminə xanım Məmmədova sorğumuza cavab olaraq bildirib ki, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində direktor müavininin döyülməsi ilə bağlı iddialar əsassızdır. Məktəb-liseydə belə bir hal qeydə alınmayıb.