Ən son xəbərlər:

09.11.2023/15:59/ Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə şəhər prokuroru Azad Qarayev, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, GDU-nun rektoru, professor Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun gücü ilə bu il şanlı Zəfərimizin üçüncü il dönümü qeyd olunur. Bu gün Üçrəngli dövlət rəmzimiz qalib ədası ilə əzəli və əbədi torpaqlarımız olan Qarabağda, Şərqi Zəngəzurda, Qarabağın baş tacı olan Şuşada, Xankəndində, Xocalıda dalğalanır.

Daha sonra F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış edib. Bir-birindən maraqlı çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda xatirə şəkli çəkdirlib.