Ən son xəbərlər:

27.10.2023/12:29/ Netanyahunun quru əməliyyatı planından imtina etməsi yüksək rütbəli zabitləri narazı salıb

Netanyahunun quru əməliyyatı planından imtina etməsi yüksək rütbəli zabitləri narazı salıb.

xeberaz.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağında quru əməliyyatı planını imzalamaqdan imtina edib. Bu, yüksək rütbəli zabitlərin narazılığına səbəb olub, The New York Times mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, İsrailin baş naziri ictimaiyyətin onun şəxsiyyətinə inamının azalması və uğursuzluq halında ittiham olunacağından qorxduğu üçün planı təkbaşına təsdiqləməkdən qorxur. Buna görə də o, fövqəladə hökumət üzvlərindən əməliyyatın təsdiqini almaq istəyir.

Bundan öncə Wall Street Journal yazıb ki, İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatda ABŞ ordusunu qorumaq üçün bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirənə qədər təxirə salır.

Üstəlik, son 24 saat ərzində İsrail hərbçiləri HƏMAS yaraqlılarına qarşı quru reydləri keçirmək üçün artıq üç dəfə Qəzza zolağının sərhədini keçib. Xüsusilə, oktyabrın 26-da günorta saatlarında İDF Fələstin anklavının şimalında tanklardan istifadə edib.