Ən son xəbərlər:

27.10.2023/09:52/ ABŞ-ın Ukrayna ilə bağlı siyasəti dəyişməyəcək

ABŞ-ın Ukrayna ilə bağlı siyasəti dəyişməyəcək.

xeberaz.info xəbər verir ki,  ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson bildirib ki, prezident administrasiyası Vaşinqtonun Ukrayna münaqişəsindəki son məqsədi barədə qanunverici orqana məlumat verməyib. O, bunu Fox News kanalında yayımlanan jurnalist Şon Hannitiyə müsahibəsində deyib.

Onun sözlərinə görə, Konqres Ukrayna münaqişəsində ABŞ-ın məqsədinin nə olduğunu bilmək istəyir. Ağ Ev bu barədə məlumat verməyib, – deyə Conson bildirib.

Amerikalı politoloq Vladimir Vasilyev bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri Mayk Consonun Ukraynaya gələcək dəstək üçün problemlər yaradacağı ilə bağlı fikir bildirib.

Oktyabrın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nümayəndələr Palatasının yeni sədrinin seçilməsi ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək.