Ən son xəbərlər:

27.10.2023/09:42/ Amerika əsgərlərinə hücumlar davam etdirilərsə Birləşmiş Ştatlar adekvat tədbirlər görəcək

Amerika əsgərlərinə hücumlar davam etdirilərsə Ştatlar adekvat tədbirlər görəcək.

xeberaz.info xəbər verir ki, Reuters-in ABŞ rəsmisindən əldə etdiyi məlumata görə, ABŞ F-16 qırıcılarının Suriyadakı iki hədəfə endirdiyi zərbələri İsraillə koordinasiya etməyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu hücumların hədəfi silah və sursat olan anbarlar olub.

Oktyabrın 27-nə keçən gecə ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, ABŞ prezidenti Co Bayden ABŞ hərbi mövqelərinə bir sıra hücumlara cavab olaraq Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun istifadə etdiyi iki obyektə zərbələr endirmək əmri verib.

Pentaqon rəhbəri vurğulayıb ki, iranpərəst qruplar Amerika əsgərlərinə hücumlarını davam etdirərsə, Birləşmiş Ştatlar davamlı tədbirlər görəcək.