Ən son xəbərlər:

27.10.2023/09:32/ ABŞ və ÇXR iki ölkə arasında fikir ayrılıqlarını müzakirə ediblər

ABŞ və ÇXR iki ölkə arasında fikir ayrılıqlarını müzakirə ediblər.

xeberaz.info xəbər verir ki, Antoni Blinken və ABŞ-da rəsmi səfərdə olan Çinin xarici işlər naziri Vanq Yi tərəflərin fikir ayrılığı olduğu məsələləri müzakirə ediblər. TASS bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin danışıqların yekunlarına dair bəyanatına istinadən xəbər verir.

Blinken və Vanq Yi bir sıra ikitərəfli məsələləri, o cümlədən ikitərəfli fikir ayrılıqlarının mövcud olduğu sahələrin həllini müzakirə etdilər, – deyə Miller bildirib.

O aydınlaşdırıb ki, görüşdə əməkdaşlıq sahələri də müzakirə olunub. Dövlət katibi vurğulayıb ki, Amerika hakimiyyəti öz dəyərlərini, eləcə də müttəfiqlərinin maraqlarını müdafiə etməyə davam edəcək.

Diplomat xatırladıb ki, görüş açıq xətləri saxlamaq üçün davamlı səylər çərçivəsində baş tutub. Görüş zamanı Blinken Çin Xalq Respublikası Dövlət Şurasının keçmiş Baş naziri Li Keçyanqın vəfatı ilə bağlı başsağlığı verib. Danışıqlar oktyabrın 27-də davam etdiriləcək.