Ən son xəbərlər:

26.10.2023/ 15:35/ Paşinyan tezliklə Azərbaycanla sülh müqaviləsi bağlanacağına ümid edir

Paşinyan tezliklə  Azərbaycanla sülh müqaviləsi bağlanacağına ümid edir.

xeberaz.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaxın bir neçə ay ərzində Azərbaycanla sülh müqaviləsi bağlamağa ümid edir. O, bunu Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda deyib.

Onun sözlərinə görə, hazırda Yerevan və Bakı sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirlər.

Ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq, – Paşinyan belə deyib.