Ən son xəbərlər:

26.10.2023/ 15:24/ Kreml Paşinyanın son açıqlamalarına reaksiya verdi

Kreml Paşinyanın son açıqlamalarına reaksiya verdi.

xeberaz.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsini şərh edib. Peskovun sözlərinə görə, Rusiya Ermənistanla media vasitəsilə deyil, ünsiyyət qurmağı gözləyir, Kreml WSJ-ni əsas mənbə kimi qəbul etməyə meylli deyil.

Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil, – deyə o qeyd edib ki, Moskva və İrəvanın geniş gündəliyi var. O, həmçinin bildirib ki, Bakı və İrəvan arasında sülh müqaviləsi bağlamaq üçün səylər göstəriləcək.

Xatırladaq ki, Paşinyan WSJ-yə müsahibəsində bir sıra açıqlamalar verib. Xüsusilə, o qeyd edib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Moskva müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi.