Ən son xəbərlər:

26.10.2023/14:50/ NATO Moldovaya daimi dəstək verəcək

NATO Moldovaya daimi dəstək verəcək.

xeberaz.info xəbər verir ki, Alyansın baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə bildirib ki, NATO Moldovaya daimi dəstək vəd edib.

NATO Moldovanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən çıxarmağa çağırırıq.

Siz bizim daimi köməyimizə arxalana bilərsiniz, – Stoltenberq belə bildirib. Bu ilin əvvəlində NATO Moldovanın kibertəhlükəsizliyini, eləcə də strateji kommunikasiya sistemlərini və müdafiə qabiliyyətini gücləndirmək üçün əhəmiyyətli yardım paketini razılaşdırıb.