Ən son xəbərlər:

23.10.2023/16:45/ Madriddə Ukraynadan qeyri qanunu yolla gətirilən qızıl əşyalar ələ keçirilib

Madriddə Ukraynadan qeyri qanunu yolla gətirilən  qızıl əşyalar ələ keçirilib.

xeberaz.info xəbər verir ki, İspaniya Milli Polisi Madriddə ümumi dəyəri 60 milyon avrodan çox olan 11 qızıl əşyanı müsadirə edə bilib. Bu əşyalar Ukraynanın tarixinə aiddir, bazar ertəsi, – oktyabrın 23-də hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə belə deyilir.

Polis “böyük tarixi və iqtisadi dəyəri olan” zinət əşyalarını ələ keçirdiklərini açıqlayıb. Onlar oğurlanıb və satış üçün qanunsuz olaraq Ukraynadan çıxarılıb. Eyni zamanda, qızılın Ukrayna Pravoslav Kilsəsinə aid olduğunu təsdiqləməli olan müxtəlif dillərdə sənədlər əlavə edilib.

Qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilən əməliyyat zamanı üç ispan və iki ukraynalı saxlanılıb.

İspaniya polisi vurğulayıb ki, Ukraynadan qeyri-qanuni mədəni sərvətlərin ixracını həyata keçirən cinayətkar şəbəkə məhv edilib.