Ən son xəbərlər:

11.10.2023/20:02/ Stokholm tullantılardan azad zona yaradan ilk böyük İsveç şəhəri olacaq

Stokholm tullantılardan azad zona yaradan ilk böyük İsveç şəhəri olacaq.

xeberaz.info xəbər verir ki, Stokholm hakimiyyəti havanın keyfiyyətini yaxşılaşdırmaq və yolda səs-küyü azaltmaq üçün 2025-ci ildən etibarən şəhərin mərkəzi hissəsindən benzin və dizel yanacağı ilə işləyən avtomobillərin qadağan edilməsi planlarını açıqlayıb. Bu barədə “Reuters” məlumat yayıb.

Stokholmun Yaşıllar Partiyası merinin nəqliyyat üzrə müavini Lars Strömqren şəhərin mərkəzi hissəsinin 20 blokunda yüksək səviyyəli ticarət küçələrini və İsveçin bəzi ən bahalı ofis mərkəzlərini əhatə edən ekoloji zonanın yaradılacağını açıqlayıb.

Stokholm şəhər şurasında solçu və ekoloji yönümlü partiyaların koalisiyasının bir hissəsi olan Yaşıllar ümid edir ki, bu, daxili yanma mühərrikli avtomobillərdən elektromobillərə keçidi sürətləndirəcək.