Ən son xəbərlər:

10.10.2023/17:32/ Moskvada Bəxtiyar Həsənovla İlham Rəhimov arasında işgüzar görüş keçirilib

Moskvada Bəxtiyar Həsənovla İlham Rəhimov arasında işgüzar görüş keçirilib.

xeberaz.info patriot.tvaz-a istinadən xəbər verir ki,  9 oktyabr 2023-cü il tarixində Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənovla professor, hüquq elmləri doktoru, Azərbaycanın əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü İlham Rəhimov arasında işgüzar görüş keçirilib. Görüşdə Ə.Həsənov bir ildən artıq müddətdə həyata keçirilən tədbirlərdən qısa danışıb, iri layihələrin icrası ilə bağlı planları müzakirə edib, yaxın gələcəkdə və 2024-25-ci illər üçün həyata keçiriləcək layihələri təqdim edib, eləcə də obyektiv səbəblərə görə  icrası mümkün olmayan inzibati, maliyyə və sair layihələr barədə məlumat verib.

Professor İlham Rəhimov uğurla həyata keçirilən, bəziləri haqqında çox eşitdiyi əlamətdar hadisələrdən məmnunluğunu ifadə edərək, nəhayət, Moskvadakı Azərbaycan diasporunda əsaslı dəyişikliklərin baş verməsindən, təşkilatın fəaliyyətinin bərpa olunmasından məmnunluğunu ifadə edib və xüsusilə dövlət strukturları, Azərbaycanın elmi, yaradıcı ziyalıları və mütəxəssisləri (tibb işçiləri, müəllimlər, hüquqşünaslar, mədəniyyət və incəsənət xadimlərini) Moskvada RF aparıcı universitetlərinin tələbələri və digər milli diasporların rəhbərləri ilə birbaşa işgüzar əlaqələrin qurulmasında müsbət nəticələri qeyd edib.

Görüş zamanı İ.Rəhimov prioritet fəaliyyət istiqamətləri ilə bağlı bəzi müdrik məsləhətlər verib, həmfikirlərdən ibarət mehriban kollektivlə daha ciddi layihələrin müzakirəsini aparmağı, Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi, təbliği sahəsində işin gücləndirilməsi üçün bir sıra tövsiyələr verib, zəngin mədəniyyəti, tarixi, adət-ənənələri, habelə həmvətənlərə ilkin hüquqi yardım sahəsində faydalı təkliflərini edib

Moskvada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin yaradılması perspektivi ayrıca mövzu kimi müzakirə olunub.

Sonda Bəxtiyar Həsənov ayırdığı vaxta, səmimi qəbula və səmərəli söhbətə görə həmsöhbətinə öz təşəkkürünü bildirib.