Ən son xəbərlər:

04.10.2023/12:26/ Küveytdəki toydan 3 dəqiqə sonra cütlük boşanıb

Küveytdəki toydan 3 dəqiqə sonra cütlük boşanıb.

xeberaz.info xəbər verir ki, Küveytdə cütlük nikahlarını qeydə aldıqdan üç dəqiqə sonra boşanıb. Bu barədə mir24 bildirib.

Mərasimin qonaqlarından biri sosial şəbəkədə bildirib ki, gənc arvad şadlıq sarayından çıxarkən büdrəyib. Kişi onu axmaq adlandıraraq danlayıb. Gəlin bu təhqirə dözə bilməyib. Yerli Al Mesryoon nəşri yazır ki, bundan sonra qadın nikah qeydiyyatı salonuna qayıtdı və yeni bağlanmış nigahın ləğv edilməsini israrla tələb edib.

Britaniyanın “The Daily Mail” tabloidinin istifadəçiləri qadının hərəkətini dəstəkləyib və kişinin davranışını pisləyib.