Ən son xəbərlər:

03.10.2023/04:36/ COVID-19-a qarşı effektiv mRNT -nin tədqiqinə görə iki alimə tibb üzrə Nobel mükafatı veril

COVID-19-a qarşı effektiv mRNT -nin tədqiqinə görə iki alimə tibb üzrə Nobel mükafatı verildi.

xeberaz.info xəbər verir ki,  2022-ci ildə macar alimi Katalin Karikoya və amerikalı Dryu Veysmana fiziologiya və tibb üzrə Nobel mükafatı verilib. Bu barədə bazar ertəsi Stokholmdakı Karolinska İnstitutunun Nobel Komitəsi  məlumat yayıb.

Komitənin əsaslandırma bəyanatında deyilir ki, alimlər mükafatı COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə alıblar.