Ən son xəbərlər:

22.09.2023/05:50/ Qarabağdakı ermənilərin taleyi Azərbaycanın daxili işidir

Qarabağdakı ermənilərin taleyi Azərbaycanın daxili işidir.

xeberaz.info xəbər verir ki, Dağlıq Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir. Bu sözləri “Sky News Arabia” telekanalına müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Biz Ermənistan tərəfinə sülh sazişi layihəsini təqdim etmişik və indi onların cavabını gözləyirik. Ermənilərin Dağlıq Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu,  razılaşmanın əsaslandığı prinsip deyil, çünki bu, Azərbaycanın daxili işidir, – Əmirbəyov belə vurğulayıb.