Ən son xəbərlər:

22.09.2023/05:20/ İsveçrədə üzünü örtən paltar geyməyə görə cərimələr tətbiq ediləcək

İsveçrədə üzünü örtən paltar geyməyə görə cərimələr tətbiq ediləcək.

xeberaz.info xəbər verir ki, İsveçrənin Milli Şurası (parlamentin böyük palatası) ictimai yerlərdə üzü örtən geyimlərin, xüsusən də burqa və niqabın geyinilməsinə qoyulan qadağanın pozulması halında 1000 İsveçrə frankı (təxminən 1111 ABŞ dolları) məbləğində cərimənin tətbiqini təsdiqləyib. Bu barədə İsveçrə Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyi məlumatına görə, 151 şura üzvü qərarın tətbiqinin lehinə, 29 nəfər isə əleyhinə çıxıb. Eyni zamanda şura ibadət yerlərində üzü örtən paltarın geyinilməsini, karnavallarda və ya sağlamlığın qorunması məqsədilə bir sıra qadağaları istisna edib. Hakimiyyət həmçinin konfederasiya xalqının söz azadlığına dair fundamental hüququnu həyata keçirmək üçün zəruri olarsa, nümayişlərdə ənənəvi müsəlman baş geyimlərinin geyməsinə icazə verir.

İctimai yerlərdə üz örtüyü taxmaq qadağası 2021-ci ilin martında İsveçrə sakinlərinin 51%-nin ümumxalq səsverməsində belə bir məhdudiyyətin tərəfdarı olmasından sonra tətbiq edilib. Əvvəllər oxşar qadağalar bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya, Belçika və Fransada tətbiq edilib