Ən son xəbərlər:

04.08. 2023/19:27 / Fyuri ilə keçmiş UFC çempionu Nqannu arasında döyüşün vaxtı məlum olub

Fyuri ilə keçmiş UFC çempionu Nqannu arasında döyüşün vaxtı məlum olub.

xeberaz.info xəbər verir ki,  WBC çempionu Fyuri oktyabrın 28-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Nqannou ilə döyüşəcək. Bu döyüş titul döyüşü olmayacaq.

34 yaşlı Fyuri peşəkar rinqdə keçirdiyi 34 döyüşdə 33 qələbə qazanıb, 2018-ci ildə amerikalı Deontey Uaylderlə 1 heç-heçə edib.

36 yaşlı Nqannou sonuncu dəfə 2022-ci ilin yanvarında UFC-də fransalı Siril Qanı yekdil qərarla məğlub edərək döyüşüb. Bundan sonra o, yeni müqavilə ilə razılaşmadan yüksəlişi tərk edib.