Ən son xəbərlər:

01.08. 2023/08:05/ Mbappe PSJ-dən 60 milyon avro bonus alacaq

Mbappe PSJ-dən 60 milyon avro bonus alacaq.

xeberaz.info xəbər verir ki,  Jurnalist Pedro Moratanın sosial şəbəkələrdə verdiyi məlumata görə, 2023/24 mövsümündə PSJ-də oynayıb-oynamamasından asılı olmayaraq,  Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe loyallıq bonusu olaraq klubdan 60 milyon avro alacaq.

Müqavilənin şərtlərinə görə, onu almaq üçün o, 31 iyul 2023-cü il tarixindən etibarən komandada olmalı idi.

Mbappe Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışı üçün PSJ-nin heyətindən qovulub. Mətbuatın yazdığına görə, o, transferə hazırlanıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Daha əvvəl Mbappenin numerologiyadan istifadə edərək “Real Madrid”ə keçəcəyinə eyham vurduğu bildirilirdi.