Ən son xəbərlər:

01.08. 2023/06:55/ “Əl-İttihad” Fabinyonu transfer etdiyini açıqlayıb

“Əl-İttihad” Fabinyonu transfer etdiyini açıqlayıb.

xeberaz.info xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi Fabinyo “Əl İttihad”a keçib. Bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Müqavilənin müddəti 2026-cı ilə qədərdir.

Fabinyo “Liverpul”un heyətində 219 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Portal Transfermarkt oyunçunun dəyərini 42 milyon avro olaraq qiymətləndirir.

Daha əvvəl Al-Nasrın “Bavariya”nın hücumçusu Sadio Mane üçün 37 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.