Ən son xəbərlər:

31.07.2023/11:43/ Ronaldo Ginnesin Rekordlar Kitabına düşüb

Ronaldo  Ginnesin Rekordlar Kitabına düşüb.

xeberaz.info  xəbər verir ki,  Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə ən çox pul qazanan bloggerlərin reytinqində birinci yeri tutub.

Portuqaliyalı futbolçu bir reklam postuna görə 2,2 milyon avro qazanır. Hücumçu amerikalı model bir mesaj üçün təxminən 1,7 milyon avro qazanan Kayli Cenneri  keçə bilib. Sosial şəbəkədə ən çox qazananlar siyahısında ilk üçlüyü bağlayan daha bir ulduz futbolçu Lionel Messidir. The Sun tabloidinə görə, “İnter Mayami”nin argentinalı forvardı bir post üçün 1,52 milyon avro alır.

Ronaldo sosial mediada əsasən idman, sağlamlıq və kriptovalyutaları təbliğ etməklə pul qazanır. Ən-Nəsr forvardı 597 milyonla dünyada ən çox izləyiciyə sahibdir.

Bundan əvvəl o, bu il dünyanın ən çox qazanan idmançısı kimi Ginnesin Rekordlar Kitabına düşüb.