Ən son xəbərlər:

26.07.2023/14:20/ Astarada Gənclər və İdman Nazirliyinin yaradılmasının 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib

Astarada Gənclər və İdman Nazirliyinin yaradılmasının 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib.

xeberaz.info  xəbər verir ki,  25 iyul 2023-cü il tarixdə Astara Gənclər Evində Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə Gənclər və İdman sektoru, Astara Gənclər Evi ilə birgə bir qrup fəal gənclərin iştirakı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirdi.

Tədbirdə çıxış edənlər, ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasında Gənclər və İdman Nazirliyi yaradıldığını bildirmişlər. Bu, respublikanın gənc nəslinə göstərilən diqqət və qayğının təzahürü idi.

2 fevral 1996-cı ildə Gənclərin I Forumunda  ümummilli lider Heydər Əliyev, Azərbaycanın gələcəyinin gənc nəslin hərtərəfli formalaşmasından aslı olduğunu və gənclərə böyük ümid bəslədiyini vurğuladı.  2 fevral 1997-ci ildən etibarən Gənclər günü hər il bayram kimi qeyd olunmağa başlandı. Sonrakı illərdə qəbul olunmuş və icra olunmuş proqramlar və tədbirlər planları gənc nəslin hərtərəfli inkişafında böyük rol oynadı.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, Heydər Əliyev siyasi kursunun və həyat məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi dövlər gənclər və idman siyasətini də uğurla davam etdirir.

Mövzu ətrafında çıxışlardan sonra gənclərin sualları nümayəndələr tərəfindən cavablandırılmışdır.

Yekunda gənclər arasında məntiq, intellektual, vizual sahələrdə  komanda yarışları keçirilmişdir.