Ən son xəbərlər:

26.07.2023/13:52/Mingəçevirdə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilir

Mingəçevirdə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilir.

xeberaz.info  xəbər verir ki,  2023-cü ilin Gənclər Paytaxtı Mingəçevir şəhərində U-15 yeniyetmələr arasında cüdo idman növü üzrə Aran-Mil-Muğan bölgəsi daxil olmaqla region birinciliyi bu gündən start götürür.

Yarışda Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 131 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.