Ən son xəbərlər:

24.11.2022/20:47/ Putin Paşinyanı Zəngəzur dəhlizinin çəkilməsinə inandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla dəmir yolunun bərpası ərəfəsində Rusiya prezidenti Vladimir Putindən müsbət siqnal alıb, o, bu gün hökumətin iclasında bu barədə bildirib.

“Rusiya prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işə qayıtmağımız üçün əhəmiyyətli və ciddi ehtimal ola bilər – söhbət Horadiz- Meğri-Ordubad-Yerasx yolu”dan gedir, Sputnik Ermənistan hökumət başçısının sözlərini sitat gətirib.

Paşinyanın sözlərinə görə, əvvəlki mənfi təcrübəsinə görə bu barədə orta dərəcədə nikbinlik yaşayır.

“Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə “Ermənistan kəsişməsi” layihəsi çərçivəsində, xüsusən də dəmir yolunun yenidən qurulması sahəsində böyük investisiyalara ehtiyacımız olacaq”, – deyə baş nazir əlavə edib.

O, İrəvanın belə vəsait cəlb etmək imkanının olduğunu vurğulayıb və beynəlxalq tərəfdaşların da layihəyə maraq göstərəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun tikintisinin dondurulduğu məlum olmuşdu. Azərbaycan dəhlizin özünə məxsus hissəsinin – Horadiz-Ağbənd hissəsinin çəkilişini davam etdirir. İyunun ortalarında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov dəmir yolunun artıq yarısının çəkildiyini bildirmişdi. Bir ay əvvəl, oktyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisindən keçən hissəsində Qumlaq stansiyasının təməlini qoyublar. Ümumiyyətlə, Azərbaycan yolun özünə məxsus hissəsini 2023-cü ilin sonuna kimi tamamlamağı planlaşdırır.

Rusiya Federasiyasının Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixinin qeyd etdiyi kimi, Paşinyanın Putinə razılıq verməsi heç də o demək deyil ki, Ermənistanın baş naziri öz sözünə sadiq qalacaq və öz sözünü deməyə başlayacaq və bu dəmir yolunun tikintisi üçün hər hansı əməli addımlar atacaq.

“KTMT sammitinin yekunlarına görə Nikol Paşinyanın Təşkilatın dövlət başçılarının görüşünün əsas sənədini imzalamaması onun həqiqətən öz sözlərinə -Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsinə sadiq olub-olmayacağını sual altına qoyur.”, – deyə Anton Bredixin bildirib.

“Eyni zamanda, vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi Ermənistana, eləcə də bütövlükdə regiona mühüm iqtisadi səmərə verəcək. Haradasa, Ermənistanın özündə belə Zəngəzur dəhlizinin mümkün üstünlüklərini aydın başa düşürlər. . Müvafiq olaraq, ölkənin böyük biznesinin mövqeyi var ki, bunu Paşinyan istəsə də, istəməsə də onları eşitməyə məcbur olacaq. Bu səbəbdən layihənin Ermənistan ərazisində həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunması mümkündür. ,” – deyə Anton Bredixin bildirib.

Ekspert etiraf edib ki, Rusiya-Ermənistan razılaşması Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisi Rusiyanın resursları hesabına həyata keçirilı bilər. “O Rusiya qüvvələri və Rusiya pulları ilə çəkilə bilər. O zaman onu mütləq FSB qoşunları qoruyacaq, çünki heç kim bizim büdcəmizlə çəkilən yolu sadəcə olaraq kiməsə verməyəcək. Əminəm ki, bu, düzgün addım olardı. İrəvan da, Bakı da isə regionda sabitlik və sülh naminə buna dəstək verəcək”, – deyə RF Etnik və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi rəhbəri Anton Bredixin  söhbəti yekunlaşdırıb.