Ən son xəbərlər:

24.07. 2023/12:39/ Salyanda Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr edilmiş kikboksinq idman növü üzrə birincilik keçirildi

Salyanda  Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr edilmiş kikboksinq idman növü üzrə birincilik keçirildi.

xeberaz.info xəbər verir ki, Salyan şəhərində kikboksinq idman növünün kütləviliyinin artırılması və perspektivli idmançıları aşkar etmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr edilmiş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növü üzrə birincilik keçirilmişdir.

Birincilikdə Salyan komandasından başqa, Bakı və Neftçala komandalarının idmançıları da iştirak etmişlər.

Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin  yekununda I ,II , III yeri tutmuş idmançılar  diplomlar və medallarla  təltif olunnuşlar.