Ən son xəbərlər:

24.07. 2023/12:27/ Maştağa qəsəbəsində Alpman” taekvondo klubunun açılış mərasimi keçirilib

Maştağa qəsəbəsində Alpman” taekvondo klubunun açılış mərasimi keçirilib.

xeberaz.info xəbər verir ki, Maştağa qəsəbəsində  “Alpman” taekvondo klubunun 4-cü filialının açılış mərasimi keçirilib. Açılışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, taekvondoçu Fəridə Əzizova və digər qonaqlar klubda yaradılan şəraitlə tanış olmuşlar.

Bundan sonra  klubda idmançıların məşq etmələri üçün yaradılmış şərait barədə qonaqlara məlumat verilib.

Klubun fəaliyyətinə baxış zamanı Fərid Qayıbov idmançıların məşq prosesini izləyib, onlarla söhbət edib. Klubun direktoru və baş məşqçisi Zahid Nadirov açılışda iştirak etdiyi üçün nazirə minnətdarlığını bildirib.

Açılış mərasimində məşqçi-müəllimlər, idmançılar və qəsəbə sakinləri də iştirak ediblər.