Ən son xəbərlər:

20.07.2023/09:58/ Göygöldə “Sağlam Gənclik” günərzi düşərgəsinin açılışı olub

Göygöldə “Sağlam Gənclik” günərzi düşərgəsinin açılışı olub.

xeberaz.info xəbər verir ki, 19.07.2023-cü iltarixində Göygöl Gənclər Evi” SXM-in təşkilatçılığı və Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun dəstəyi ilə “Sağlam Gənclik” günərzi düşərgəsi start götürüb.

Mərkəzi Xəstəxanasının psixoloqu Arzu Məmmədova narkomaniyanın fəsadları, narkomaniyaya qarşı görülən mübarizə tədbirləri və narkomaniyanın yaratdığı psixoloji problemlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Fərqli istiqamətlərdə  3 gün ərzində davam edəcək düşərgənin təşkil olunmasında əsas məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, əylənmək və öyrənməkdir. Düşərgəçərçivəsində zərərli vərdişlərin fəsadları seminarı, debat təlimləri, düşərgə və skaut bacarıqları, rayonun tarixi yerlərinə ekskursiya, piknik və əyləncəli oyunlar keçiriləcək.