Ən son xəbərlər:

20.07.2023/07:59/ Ferencvaros Çerçesovu istefaya göndərdi

Ferencvaros Çerçesovu istefaya göndərdi

xeberaz.info xəbər verir ki, Macarıstanın “Ferençvaros” klubu öz internet səhifəsində Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyununda Budapeştdə Farerin “Klaksvik” klubuna 0:3 hesabı ilə məğlub olan rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçi postundan uzaqlaşdırıldığını açıqlayıb.

“Görüşdən sonra prezident Qabor Kubatov Stanislav Çerçesovla şəxsi məsləhətləşmələr aparıb və Osetiyadan olan baş məşqçinin ayrılması barədə qərar qəbul edilib”, – məlumatda belə deyilir.

Daha əvvəl xəbər verilmişdi ki, Ferencvaros azarkeşləri Çerçesovun “ruslar evinizə gedin” sözləri ilə qovulmasını tələb ediblər və Kubatov sosial şəbəkədə oyundan utandığını yazıb.