Ən son xəbərlər:

19.07.2023/16:23 / Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Göygöl gənclərinə öz tövsiyələrini verib

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Göygöl gənclərinə öz tövsiyələrini verib.

xeberaz.info xəbər verir ki,  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov Göygöl rayon gənclər və idman sektorunda olmuş, idarə əməkdaşları ilə söhbət aparmış, idarənin yerləşdiyi Gənclər Evinin fəaliyyəti və mövcud şəraiti ilə tanış olaraq, gənclər üçün yaradılmış şəraitdən səmərəli istifadənin əhəmiyyətini bildirmişdir.

Daha sonra İntiqam Hüseynov Göygöl Olimpiya İdman Kompleksinin maddi-texniki bazası ilə maraqlanmış, burada yaradılan şəraitlə tanış olmuşdur. Səfər zamanı İdarə rəisi həmçinin , Mərkəzi Şəhər Stadionunun mövcud vəziyyəti ilə tanış olmuş, öz tapşırıq və tövsiyələrini vermişdir.

 

Göygöl şəhərində mövcud olan “İrəvan” İdman Klubunun fəaliyyəti ilə maraqlanan İntiqam Hüseynov yeniyetmə və gənclərin idmana kütləvi cəlb olunmasının vacibliyindən danışaraq öz tövsiyyələrini bildirmişdir.