Ən son xəbərlər:

10.07.2023/16:52/ Əl-Nasr De Geaya illik 15 milyon avroluq müqavilə təklif etdi

Əl-Nasr De Geaya illik 15 milyon avroluq müqavilə təklif etdi.

xeberaz.info xəbər verir ki, “Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Jurnalist Alan Niksonun sözlərinə görə, Əl-Nasr futbolçuya ildə 15 milyon avro ödəməyə hazırdır.

De Xea 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Komandanın tərkibində ölkə çempionu, Avropa Liqasının qalibi olub, İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.

Bruno Fernandes De Xeanın “Mançester Yunayted” üçün vida matçına layiq olduğunu deyib.