Ən son xəbərlər:

07.07.2023/08:33/ Ukrayna rusiyalı hakimin toplanışa çağırılması ilə bağlı UEFA-ya şikayət edib

Ukrayna rusiyalı hakimin toplanışa çağırılması ilə bağlı UEFA-ya şikayət edib.

xeberaz.info xəbər verir ki,  Ukrayna Futbol Federasiyası (UAF) rusiyalı referi Sergey Karasevin İsveçrədə keçiriləcək hakimlərin təlim-məşq toplanışına çağırılması ilə bağlı UEFA-ya şikayət edib. UEFA-nın baş katibi Teodor Teodoridisə ünvanladığı açıq məktubda UAF rəhbərliyi bu qərarın izahını tələb edib.

UEFA-nın təşkilatçılığı ilə hakimlərin təlim-məşq toplanışı sentyabrın 3-dən 6-a kimi nəzərdə tutulub. Bundan əvvəl Ukraynada baş verən hadisələrə görə komandalarla yanaşı, rusiyalı hakimlər də beynəlxalq görüşlərdən kənarlaşdırılıb.

Kiyevdə hesab edirlər ki, bu qərar UEFA-nın Rusiya Federasiyası vətəndaşlarına münasibətdə ümumi siyasətinə ziddir və bunu anlaşılmazlığın nəticəsi adlandırırlar.