Ən son xəbərlər:

04.07.2023/08:04/ İsveçli basketbolçu ÇSKA-da oynadığı üçün xalqından üzr istəyib

İsveçli basketbolçu ÇSKA-da oynadığı üçün xalqından üzr istəyib.

xeberaz.info xəbər verir ki, İsveçli basketbolçu Jonas Jerebko ÇSKA-da oynadığına görə peşman olduğunu bildirib.

İsveçli basketbolçu Jonas Jerebko ÇSKA-da oynadığı üçün xalqından üzr istəyib. Onun sözlərini SVT Sport sitat gətirir.

Səhv seçim etdim, yalnız basketbol haqqında düşündüm və bu səhv idi. İl yarım oynamadım, sadəcə oynamaq istəyirdim. Geriyə baxanda heç vaxt bunu etməzdim, – idmançı belə deyib.

Yerebko 2021/2022 mövsümündə ÇSKA-nın heyətində 16 oyun keçirib. Buna görə İsveç Basketbol Federasiyası onu milli komandadakı oyunlardan uzaqlaşdırıb. Əvvəllər forvard iki il “Ximki”də VTB Birləşmiş Liqasında çıxış edib.