Ən son xəbərlər:

27.06.2023/07:00/ Arktika məsələlərində Rusiya ilə əməkdaşlıq nə vaxtsa bərpa olunacaq

Arktika məsələlərində Rusiya ilə əməkdaşlıq nə vaxtsa bərpa olunacaq.

xeberaz.info xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo ümid etdiyini bildirib ki, nə vaxtsa Arktika məsələlərində Rusiya ilə əməkdaşlığı bərpa olunacaq. Onun fikrincə, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi səbəbindən indi belə əməkdaşlıq mümkün deyil.

Trüdo Reykyavikdə Skandinaviya ölkələrinin rəhbərliyi ilə danışıqlardan sonra jurnalistlərə bildirib ki, “Ümid edirəm ki, biz Rusiya ilə işləməyə qayıda biləcəyimiz nöqtəyə çatacağıq”.

Arktika Şurası Arktika dövlətlərinin hökumətlərarası təşkilatıdır. Buraya Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir. 2022-ci ilin martında Ukraynaya qoşun yeridilməsi ilə əlaqədar Rusiyaya qarşı boykot elan edildi. O zaman şuranın sədri Rusiya Federasiyası idi (rotasiya iki ildən bir baş verir). 2023-cü ilin mayında Rusiya sədrliyi Norveçə verdi.