Ən son xəbərlər:

22.06.2023/18:37/ İndoneziya Rusiya ilə vizasız rejimi bərpa etməkdən imtina edib

İndoneziya Rusiya ilə vizasız rejimi bərpa etməkdən imtina edib.

xeberaz.info xəbər verir ki, İndoneziya hakimiyyəti Rusiya da daxil olmaqla 159 ölkə ilə koronavirus pandemiyası səbəbindən kəsilən vizasız rejimi bərpa etməkdən imtina edib. Bu barədə yerli “Bali Times” portalı məlumat yayıb.

Aydınlaşdırılır ki, ölkəyə yalnız ASEAN regionunun digər ölkələrinin – Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney Darüssəlam, Vyetnam, Laos, Myanma, Kamboca, Papua-Yeni Qvineya və Şərqi Timorun vətəndaşları səfər etmək imkanı əldə edəcəklər. Bu ölkələrdən gələn qonaqlar etibarlı pasport və çıxış bileti ilə İndoneziyada 30 günə qədər qala bilərlər.

Martın əvvəlində İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster ruslara və ukraynalılara gələrkən vizaların verilməsini dayandırmağı təklif etmişdi. Onun sözlərinə görə, yerli sakinlər dəfələrlə bu iki ölkə vətəndaşlarının turist vizalarından sui-istifadə edərək iş tapmağa çalışdıqları barədə rəsmi orqanlara müraciət ediblər.