Ən son xəbərlər:

22.06.2023/14:35/ İyunun 24-25-də Sullivan və Nuland Kopenhagendə Rusiyanı qınamayan Qlobal Cənub ölkələri ilə görüşəcəklər

İyunun 24-25-də Sullivan və Nuland Kopenhagendə Rusiyanı qınamayan Qlobal Cənub ölkələri ilə görüşəcəklər.

xeberaz.info xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynanın təkidi ilə Rusiyanın hərbi əməliyyatını pisləməyən Qlobal Cənub ölkələrinin nümayəndələri ilə görüşəcəklər. Görüş iyunun 24-25-də baş tutacaq. Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Braziliya, Hindistan, Çin, Türkiyə, Cənubi Afrika Respublikası və bir sıra digər dövlətlərin nümayəndələri görüşə dəvət alıblar. Orada Ukrayna ABŞ və Avropa İttifaqının nümayəndələrinin köməyi ilə bu ölkələrdən dəstək almağa çalışacaq. FT-nin məlumatına görə, görüşdə Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli üçün əsas yarada biləcək prinsiplər qeyri-rəsmi müzakirə olunacaq.

Adı açıqlanmayan bir Avropa rəsmisi qəzetə bildirib ki, Avropa Ukraynaya dəstək verilməsinin zəruriliyinə  dünyanın qalan hissəsinin nə dərəcədə inanmadığı barədə çox az anlayışa malikdir.  Onlar əmin deyillər. Və bunu başa düşmək dəhşətlidir , -deyib. Nəşrin yazdığına görə, Kiyev və Vaşinqton Ukraynanın müttəfiqlərinin sayının artmamasından, hərbi münaqişənin uzanması perspektivindən narahatdır.

Qlobal Cənub ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləməyib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina ediblər. Rusiya neftinin Avropada alınmamasından sonra Asiya ölkələri də Rusiya ilə ticarəti, xüsusilə enerji sektorunda artırıb.