Ən son xəbərlər:

22.06.2023/13:56/ Aİ 2027-ci ilə qədər Ukraynanın bərpasını maliyyələşdirmək üçün bütün ehtiyaclarının 45%-ni ödəyə bilər

Aİ 2027-ci ilə qədər Ukraynanın bərpasını maliyyələşdirmək üçün bütün ehtiyaclarının 45%-ni ödəyə bilər.

xeberaz.info xəbər verir ki, Aİ 2023-cü ildə 18 milyard avroluq proqram çərçivəsində Ukraynaya 1,5 milyard avroluq makromaliyyə yardımının növbəti tranşını köçürüb. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Biz Ukraynaya makromaliyyə yardımı şəklində 1,5 milyard avro həcmində daha bir tranş köçürdük”, – o, Twitter-də  belə yazıb.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirmişdi ki, Aİ 2027-ci ilə qədər Ukraynanın bərpasını maliyyələşdirmək üçün bütün ehtiyaclarının 45%-ni ödəyə bilər.