Ən son xəbərlər:

22.06.2023/13:24/ Almaniya yalnız başqalarının ehtiyaclarına diqqət yetirməməlidir

Almaniya yalnız başqalarının ehtiyaclarına diqqət yetirməməlidir.

xeberaz.info xəbər verir ki, Almaniya Ukraynaya yardım üçün artıq 16,8 milyard avro ayırıb və öz təhlükəsizliyini təmin etməlidir. TASS xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı bildirib.

O, Almaniyanın Ukraynaya 16,8 milyard avro yardım göndərməklə ABŞ-dan sonra ikinci yerdə olduğuna diqqət çəkib. Almaniya kanslerinin sözlərinə görə, Almaniya yalnız başqalarının ehtiyaclarına diqqət yetirməməlidir, ölkə daxilində təhlükəsizliyi təmin etmək lazımdır.

Şolz qeyd edib ki, Qərb Kiyevə hazırda lazım olanları, yəni tanklar, hava hücumundan müdafiə sistemləri və sursat göndərir. Eyni zamanda kansler Qərbin tələb etdiyi qırıcı təyyarələrlə bağlı heç nə qeyd etməyib.

Şolz bildirib ki, söhbət təkcə digər ölkələrin Almaniyadan gözləntilərindən deyil, həm də öz maraqlarını, dövlətin azadlığını və rifahını qorumaqdan gedir.