Ən son xəbərlər:

22.06.2023/08:29/ Böyük Britaniya Ukraynaya 500 milyon dollar verəcək

Böyük Britaniya Ukraynaya 500 milyon dollar verəcək.

xeberaz.info xəbər verir ki, Ukrayna Böyük Britaniyadan 500 milyon dollar məbləğində maliyyə vəsaitinin cəlb edilməsinə dair saziş imzalayıb. Bu barədə Ukrayna hökumətinin başçısı Denis Şmıqal məlumat verib.

“Dünya Bankı Ukraynaya kömək etmək üçün resursların səfərbər edilməsində liderlərdən birinə çevrilib. Bu gün biz Böyük Britaniyadan Ukraynaya 1,76 milyard dollarlıq yardım paketindən 500 milyon dollar vəsait cəlb etmək üçün daha bir saziş imzaladıq.Yardım ABŞ, Böyük Britaniya və Finlandiyanın dəstəyi ilə veriləcək”, – o, Telegram kanalında belə yazıb.

Şmıxalın sözlərinə görə, vəsait xilasedicilərin və müəllimlərin əmək haqqı, pensiyaların ödənilməsi, aztəminatlı ailələrin, əlilliyi olan uşaqların, məcburi köçkünlərin, tənha anaların dəstəklənməsinə, həmçinin tibbi təminat proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsinə yönəldiləcək.

Şmıxal Ukrayna hökumətinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bu il Ukraynanın dövlət enerji şirkətləri üçün 600 milyon avro maliyyə ayırması üçün bir sıra memorandumlar imzaladığını  da açıqlayıb.