Ən son xəbərlər:

22.06.2023/07:40/ Almaniya və Polşa artıq Rusiya Federasiyasından neft ala bilməyəcək

Almaniya və Polşa artıq Rusiya Federasiyasından neft ala bilməyəcək.

xeberaz.info xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların on birinci paketi Rusiya neftinin Drujba kəməri ilə nəqli məsələsində Almaniya və Polşa üçün istisnaları ləğv edir. Bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

11-ci sanksiyalar paketinin digər mühüm yeniliyi neft idxalına qadağa ilə bağlıdır. Polşa və Almaniya üçün Rusiya boru neftinin alınması ilə bağlı artıq istisna yoxdur, – məlumatda belə bildirilir.

Beləliklə, ilin əvvəlindən Almaniyada tətbiq edilənlər indi qanuni olaraq təsbit olunub.  Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, Almaniya bu il artıq Rusiya neftini, o cümlədən boru vasitəsilə idxal etmir.